
Paşinyana qarşı istefa səsləri yüksəlməyə davam edir
Ermənistanda baş nazir Nikol Paşinyanın istefası üçün başlayan etirazlar artıq 3 gündür davam edərkən, paytaxt İrəvanda parlament binası qarşısında nümayişçilərlə polis yenidən üz-üzə gəlib. Azərbaycan ordusunun Qarabağda başlatdığı antiterror əməliyyatından sonra baş nazir Nikol Paşinyanın istefası üçün başlayan etirazlar 3 gündür davam edir. Paytaxt İrəvanda yürüşə çıxan Paşinyanın əleyhdarları parlament binası qarşısına toplaşıb. Paşinyana qarşı şüarlar səsləndirən nümayişçilər polislə üz-üzə gəlib. Baş verən toqquşma zamanı bəzi nümayişçilər polis tərəfindən saxlanılsa da, dəqiq neçə nəfərin saxlanıldığına dair açıqlama verilməyib. Müxalifət liderləri Paşinyanın istefasına qədər aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.
Ermənistan müxalifəti baş nazir Paşinyanın Azərbaycan ordusunun Qarabağda başlatdığı antiterror əməliyyatına qarşı separatçılara dəstək vermədiyini əsas gətirərək istefasını tələb edir.
Murad Şahməmməd