ABŞ-da Baş Qərargahın yeni rəhbəri olub

ABŞ-da Baş Qərargahın yeni rəhbəri olub

21 Sentyabr 2023 20:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Senatının əksəriyyəti sentyabrın 21-də ABŞ Hərbi Hava Qüvvələrinin baş komandanı, general Çarlz Q.Braunun ABŞ Baş Qərargah rəisi vəzifəsinə dəstəklənməsinə səs verib.

Prezident Co Baydenin himayədarı olan Braun iyirmi il əvvəl Kolin Pauelldən sonra Birləşmiş Qərargah Rəisləri Komitəsinə rəhbərlik edən ikinci qaradərili zabit olacaq.

Braun, Çinlə gərginliyin artdığı bir vaxtda Sakit okeanda komanda təcrübəsini bu vəzifəyə gətirmiş keçmiş döyüş pilotudur.

Əziz Salamoğlu