Gəmini ələ keçməsin deyə batırıblar

Gəmini ələ keçməsin deyə batırıblar

21 Sentyabr 2023 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

İkinci Dünya Müharibəsi zamanı batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin qalıqları Sakit Okeanın Havay adaları sahillərindəki Milli Dəniz Abidəsi ərazisində görüntülənib.

«Ocean Exploration Trust» sualtı tədqiqat qrupu ABŞ-ın ən böyük qorunan ərazilərindən biri olan Havay adalarının sahillərində yerləşən Papahanaumokuakea Milli Dəniz Abidəsində araşdırma aparıb. Kəşfiyyat gəmisi “Nautilus” ilə yola çıxan qrup, İkinci Dünya Müharibəsində Midvey döyüşü zamanı batan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan hərbi gəmisinin qalıqlarını tapıblar.

Araşdırmalar çərçivəsində 25 il əvvəl qalıqları aşkar edilən «Yorktown» təyyarədaşıyan gəmi ilk dəfə ətraflı şəkildə görüntülənib. Yaponların ələ keçməməsi üçün batırdıqları «Akagi» və «Kaqa» gəmiləri də ətraflı şəkildə araşdırılıb. Yeri 2019-cu ildə təsbit edilən «Akagi» 1942-ci ildə batdıqdan sonra ilk dəfə görüntülənib.

«Ocean Exploration Trust» fondunun alimi Daniel Vaqner mətbuat konfransında deyib: "Bu tədqiqat təkcə tarixi və bu xüsusi yerlər haqqında biliklərimizi yenidən yazmır, həm də yeni əməkdaşlığın sərhədlərini aşır".

43 saatdan çox müddət ərzində okeanın dərinliklərindəki qalıqları sistematik olaraq araşdırdıqlarını və bir çox detalı üzə çıxardıqlarını ifadə edən Vaqner, "Bir çox zenit silahı yuxarıya doğru ituşlanmış şəkildə tapılıb. Bu, gəmilərin son anları haqqında ipucu verir" deyə bildirib.

Xatırladaq ki, Papahanaumokuakea Dəniz Milli Abidəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Murad Şahməmməd