Ukrayna Krım aerodromuna zərbələr endirib

Ukrayna Krım aerodromuna zərbələr endirib

21 Sentyabr 2023 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr iddia edir ki, Krımda həmin gecə əsas hücum Saki aerodromuna edilib.

Su-24 və Su-30 təyyarələri sakidə yerləşirdi və orada İranın Mohajer-6 PUA-larının operatorları üçün təlim bazası da var idi. Əvvəlcə aerodrom pilotsuz təyyarələr, daha sonra isə Neptun qanadlı raketləri ilə hücuma məruz qalıb. Bəzi rus mənbələrinin etiraf etdiyi kimi, hərbi texnikaya ziyan dəyib. Rusiya Müdafiə Nazirliyi Krıma hücumdan sonra hər hansı itki və dağıntı barədə məlumat vermir.

Əziz Salamoğlu