Blinken Putinin nəyə ümid etdiyini bilir

Blinken Putinin nəyə ümid etdiyini bilir

21 Sentyabr 2023 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Antoni Blinken insanları Ukrayna xalqının üzləşdiyi müharibə dəhşətlərini unutmamağa çağırıb.

O, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib: “Bu otağın əlverişli məsafəsindən Rusiyanın təcavüzünün ukraynalı qurbanları üçün nə olduğunu gözdən qaçırmaq çox asandır".

Blinken, Rusiyanın mülki evləri hədəfə aldığına, uşaqları qaçırdığına, ukraynalıları qeyri-insani şəraitdə saxladığına, humanitar yardım anbarları və taxıl anbarlarını məhv etdiyinə diqqət çəkərək, müharibə cinayətlərinə dair konkret misallar çəkdi.

“Ukraynalı ailələrin hər gün qarşılaşdıqları budur. Bu işğalın 574 günü ərzində yaşadıqları budur. Bu, onların sabah və ertəsi gün yaşayacaqları şeydir”, - deyə ABŞ Dövlət Departamentinin rəhbəri bildirib.

Blinken deyib ki, Rusiya prezidenti Vladimir Putin zorakılığa davam etsə belə ukraynalılar təslim olmayacaqlar, biz də təslim olmayacağıq,

Əziz MUSTAFA