Paşinyan istefa vermək fikrində deyil

Paşinyan istefa vermək fikrində deyil

21 Sentyabr 2023 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

“Hraparak” qəzeti iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən Yerevanın mərkəzində etiraz aksiyaları fonunda öz tərəfdaşlarını toplayıb və bütün gecə onlarla müzakirələr aparıb.

Nəşr yazır ki, Paşinyan komandasına birbaşa və ya dolayısı ilə “heç bir şəraitdə hakimiyyətdən əl çəkməyəcək, nəyin bahasına olursa olsun, onu saxlayacaq” deyib.

Paşinyanın ailəsini güclü mühafizə altında bağa göndərdiyi vurğulanır.

Əziz Mustafa