
Bəşər Əsədin Pekinə səfəri
Çin Bəşər Əsədin sadiq tərəfdarıdır və BMT Təhlükəsizlik Şurasında Suriya hökumətinə qarşı qətnamələrə səsvermədə müntəzəm olaraq bitərəf qalır.
Suriya prezidenti Bəşər Əsəd ölkəsində müharibə başlayandan bəri ilk səfərini Çinə edir. Əsəd həmçinin Asiya Oyunlarının açılış mərasimində iştirak edəcək və burada Çin lideri Si Cinpin və digər xarici liderlərlə görüşəcək. Ekspertlərin fikrincə, Çin milyardlarla dollara başa gələcəyi gözlənilən Suriyanın gələcəkdə yenidən qurulmasında mühüm rol oynaya bilər. Suriya keçən il Çinin rəhbərlik etdiyi “Bir kəmər və yol” təşəbbüsünə qoşulub. Əsədin ofisindən verilən açıqlamada Suriya liderinin Çin lideri Si Cinpin tərəfindən dəvət edildiyi və cümə axşamı yüksək səviyyəli nümayəndə heyəti ilə Pekində qarşılanacağı bildirilib. Çin Əsədin sadiq tərəfdarıdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Dəməşqi dəstəkləyərək Suriya hökumətinə qarşı qətnamələrə səsvermədə müntəzəm olaraq bitərəf qalır.
Murad Şahməmməd