Ukrayna uğurlu əks-hücum əməliyyatını davam etdirir

Ukrayna uğurlu əks-hücum əməliyyatını davam etdirir

21 Sentyabr 2023 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın müdafiə qüvvələri Baxmut bölgəsində, eləcə də Melitopol istiqamətində irəliləyir, Müharibə Tədqiqat İnstitutu (ISW) xəbər verir. Qeyd olunur ki, Zaporojye vilayətində Rabotino və Verbovoy yaxınlığında döyüşlərin intensivliyi azalıb.

“Ukrayna qüvvələri sentyabrın 20-də qərbi Zaporojye vilayətində hücum əməliyyatlarını davam etdirib, lakin elan edilmiş və ya təsdiqlənmiş heç bir uğur əldə etməyib.

Zaporojye vilayətinin qərbində fəaliyyət göstərən “Fırtına Osetiya” və “Alaniya” Şimali Osetiya könüllü batalyonları sentyabrın 20-də səhər saatlarında Rabotinoy və Verbovoy yaxınlığında döyüşlərin intensivliyinin azaldığını iddia ediblər”, ISW hesabatında deyilir.

ISW əlavə edib ki, Rusiya Hərbi Hava Desant Qüvvələrinin Baxmutdan Zaporojye istiqamətinə yerdəyişməsi Rusiyanın Baxmut ətrafındakı müdafiəsini zəiflətdi.

Əziz Mustafa