Polşada viza qalmaqalı

Polşada viza qalmaqalı

19 Sentyabr 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Məlum olub ki, Polşada rüşvət müqabilində viza verilib. Hadisə ilə bağlı araşdırma aparılarkən, qalmaqalın təfərrüatları aydınlaşır. 2021-ci ildən bəri ən azı 250 min insana pul üçün viza verildiyi düşünülür. Polşada ötən həftə 7 nəfərə qarşı cinayət işi açılan viza rüşvət böhranı getdikcə dərinləşir. Polşa mətbuatında yayılan məlumatlara görə, Mərkəzi Antikorrupsiya Bürosunun təqdim etdiyi sübutlar əsasında istintaq başlayıb.

Ortaya çıxan bu qalmaqal iqtidardakı anti-immiqrant Hüquq və Ədalət Partiyasını hədəfə alıb. Məlum olub ki, bütün dünyada Polşa nümayəndəlikləri Aİ-yə pullu qapını təşkil ediblər.

Hesablamalara görə, 2021-ci ildən bəri 250 mindən çox insana rüşvətlə viza verilib. Bu vizanı alan minlərlə insan daha sonra Meksikaya, oradan da ABŞ-a qaçıblar.

Polşa mətbuatının məlumatına görə, korrupsiya ilə mübarizə rəsmiləri avqustun 31-də Xarici İşlər Nazirliyində axtarış aparıblar. Həmin gün xarici işlər nazirinin müavini Piotr Vavrşik vəzifəsindən azad edilib.

Murad Şahməmməd