
Rusiya qüvvələri tükənib
Baxmutu müdafiə edən Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum əməliyyatı nəticəsində xeyli tükənib. Bu barədə Müharibə Araşdırma İnstitutunun (ISW) hesabatında deyilir.
Son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri şəhər ərazisində iki əsas yaşayış məntəqəsini - Andreyevka və Kleşçeyevkanı azad edib.
Hesabatın müəllifləri hesab edirlər ki, “Baxmutun cənubundakı rus qoşunları Kleşçeyevka və Andreyevkanın tutulması cəhdlərindən çox güman ki, tükəniblər”. "Ukraynanın Baxmuta əsas təchizat yollarını qoruyan bu iki yaşayış məntəqəsini ələ keçirməsi göstərir ki, bu qoşunlar öz döyüş effektivliyini bərpa etməkdə və Ukraynanın gələcək irəliləyişlərinə müqavimət göstərməkdə çətinlik çəkəcəklər", - ISW ekspertləri bildirib.
ISW onu da qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı keçirdiyi Zaporojye vilayətində fəaliyyət göstərən Rusiya qüvvələri də tükənib.
Əziz Mustafa