
Ağ Ev Ukraynanın əks-hücum əməliyyatında irəliləyiş olduğunu açıqlayıb
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ukrayna silahlı qüvvələri əks-hücum zamanı irəliləyişə nail ola bilib.
Kirbi ABŞ-ın BMT Baş Assambleyasında iştirakı ilə bağlı brifinq zamanı deyib ki, Ukrayna əks-hücum əməliyyatında irəliləyişini davam etdirir. O, bu cür qiymətləndirmələr apardığı məlumatları təqdim etməyib.
Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 15-də və 17-də xalqa müraciətlərində Ukrayna ordusunun əks-hücum zamanı uğur qazandığını və cəbhənin müxtəlif sahələrində irəliləyişini davam etdirdiyini bildirib.
Əziz Salamoğlu
Digər xəbərlər