
Kanada Hindistanı sikh fəalını öldürməkdə ittiham edir
Kanadanın baş naziri Castin Trüdo Hindistanı iyun ayında Britaniya Kolumbiyasında məbəd yaxınlığında güllələnən sikx separatçısı Hardeep Singh Nijjarın qətlində mümkün əli olmaqda ittiham edib. Trudo iddia edir ki, Kanada kəşfiyyatı Hindistan dövlətini hadisə ilə əlaqələndirən tutarlı sübutlar tapıb və G20 sammitində Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bu məsələni qaldırıb. Bu barədə BBC məlumat yayıb.
Bazar ertəsi Kanada Parlamentinin iclası zamanı Trudo deyib ki, Kanada torpağında bir Kanada vətəndaşının qətlində xarici hökumətin hər hansı bir iştirakı suverenliyimizin qəbuledilməz bir pozulmasıdır.
O, bu cür hərəkətlərin demokratik dövlətlərin təməl prinsiplərinə zidd olduğunu da vurğulayıb.
Əziz Mustafa
Digər xəbərlər