Ağ Ev Mərkəzi Asiya-ABŞ sammitində müzakirə üçün “müsbət gündəm” hazırlayıb

Ağ Ev Mərkəzi Asiya-ABŞ sammitində müzakirə üçün “müsbət gündəm” hazırlayıb

19 Sentyabr 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatları Prezidentinin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Mərkəzi Asiya-ABŞ sammiti (C5+1) bu region dövlətləri ilə işlənəcək “pozitiv gündəm” naminə təşkil olunur. Rəsminin sözlərinə görə, bu formatda görüş “heç bir ölkəyə qarşı” deyil, Ağ Evin mətbuat xidməti xəbər verir.

Beləliklə, Sallivan vurğuladı ki, Birləşmiş Ştatlar keçmiş SSRİ-nin Orta Asiya respublikalarının prezidentləri ilə hərtərəfli münasibətləri inkişaf etdirmək üçün danışıqlar aparır.

“Sammit liderlərə regional təhlükəsizlikdən tutmuş ticarət və tərəfdaşlığa, iqlim dəyişikliyinə və hökumətlərin fəaliyyətinin yaxşılaşdırılmasına və qanunun aliliyinin gücləndirilməsinə yönəlmiş davam edən islahatlara qədər bir sıra məsələləri müzakirə etməyə imkan verəcək”, - deyə ABŞ dövlət müşaviri bildirib.
O əlavə edib ki, Co Baydenin Mərkəzi Asiya ölkələrinin başçıları ilə sentyabrın 19-da və ya 20-də Nyu-Yorkda baş tutacaq görüşü belə formatda ilk olacaq.

Əziz Mustafa