Polşa Xarici İşlər Nazirliyində qalmaqal:  Şengen vizası 40 min dollara satılıb

Polşa Xarici İşlər Nazirliyində qalmaqal: Şengen vizası 40 min dollara satılıb

18 Sentyabr 21:33
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın BILD qəzeti yazır ki, Polşa rəsmiləri miqrantlara 350 min viza satmaq iddiası ilə təftiş edilir.

İşdən çıxarıldıqdan sonra intihara cəhd edən və hazırda xəstəxanada olan Polşanın xarici işlər naziri Zbiqnev Rau və onun keçmiş müavini Piotr Vavrşik qanunsuz fəaliyyətdə şübhəli bilinirlər.

Müstəntiqlərin fikrincə, hər iki məmur Afrika və Asiyadan olan əməkçi miqrantlara üç il ərzində hər biri üçün 40.000 dollara qədər 350.000 viza satışını təşkil edib. Bu vəsait qaçaqmalçılarla dövlət məmurları arasında bölünüb. Viza alan miqrantlar Polşada qalmayıb, Şengen ölkələrinə köçüblər.

Statistikaya görə, Polşa son illərdə Aİ-də verilən iş vizalarının sayına görə lider olub, hətta Almaniya və İspaniyanı da geridə qoyub. Buna baxmayaraq, Varşava səlahiyyətliləri Aİ-nin miqrasiya siyasətlərini tez-tez tənqid edir.

Hazırda bir sıra ölkələrdə, o cümlədən Hindistan, Honq Konq və BƏƏ-də Polşa səfirlikləri yoxlanılır.

Əziz Mustafa