ABŞ-İran məhbus mübadiləsində son vəziyyət

ABŞ-İran məhbus mübadiləsində son vəziyyət

18 Sentyabr 2023 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

İran və ABŞ məhbus mübadiləsi haqqında razılığa gəlib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani 5 ABŞ vətəndaşının bu gün azad ediləcəyini açıqlayıb. İran həbsdə olan 5 ABŞ vətəndaşını azad etməyə hazırlaşır. ABŞ və Qətər arasında əldə olunan razılaşma çərçivəsində sərbəst buraxılacaq 4-ü kişi olmaqla 5 amerikalının ölkələrinə dönəcəyi gözlənilir. İran pasportu olan ABŞ vətəndaşları Cənubi Koreyadakı İran fondlarında saxlanılan 6 milyard dollar Qətərdəki banka çatdıqdan sonra yola düşəcəklər. Digər tərəfdən, ABŞ-ın sanksiyalarını pozduqları üçün ABŞ-da saxlanılan 5 iranlının da azad ediləcəyi gözlənilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani paytaxt Tehranda keçirilən həftəlik mətbuat konfransında ABŞ və İran arasında planlaşdırılan məhbus mübadiləsi ilə bağlı açıqlama verib.

Kenani, “ABŞ həbsxanalarında saxlanılan 5 İran vətəndaşı ABŞ vətəndaşı olan 5 məhbusun müqabilində bu gün sərbəst buraxılacaq” deyə qeyd edib. İran vətəndaşlarının azadlığa buraxılacağı təqdirdə hara gedəcəkləri ilə bağlı Kənani deyib: “İki vətəndaş öz istəyi ilə İrana qayıdır, bir nəfər üçüncü ölkədəki ailəsinin yanına gedir, iki vətəndaş isə ABŞ-da qalmaq istəyir”. Kenani əlavə edib ki, İranın Cənubi Koreyada bloklanan aktivləri də bu gün köçürüləcək.

ABŞ və İran mediasında yer alan xəbərlərdə İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollarının sərbəst buraxılması qarşılığında iki ölkənin məhbus mübadiləsi aparacağı paylaşılıb.

Murad Şahməmməd