Çin Tayvana 100-dən çox hərbi təyyarə göndərib

Çin Tayvana 100-dən çox hərbi təyyarə göndərib

18 Sentyabr 19:45
Bəyəndim (0) Bəyənmədim (0)

Associated Press bazar ertəsi Tayvan ordusuna istinadən xəbər verir ki, Çin ordusu son 24 saat ərzində Tayvan yaxınlığındakı ərazilərə patrul xidmətinə 103 təyyarə göndərib.

Bu təyyarələr adanın yaxınlığında bazar günü səhər saat 06:00-dan bazar ertəsi səhər saat 06:00-a qədər görülüb. Bütün təyyarələr Tayvan hava məkanına çatmazdan əvvəl geri dönüblər.

Həmin təyyarələrdən 40-ı materik Çin və ada arasındakı simvolik yarı nöqtəni keçdi. Onların arasında 30-dan çox qırıcı və tanker təyyarəsi olub. Tayvan səlahiyyətliləri də əvvəlki 24 saat ərzində adanın yaxınlığında doqquz Çin döyüş gəmisini aşkar ediblər.

Ada Çin hərbçilərinin hərəkətlərini gərginliyin artmasına səbəb ola biləcək “təhqir” adlandırıb.

Əziz Salamoğlu