
Kremldə Kadırovun “xəstəliyi” barədə məlumat yoxdur
Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun mümkün xəstələnməsi barədə məlumat yoxdur, həmçinin Kadırovun Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü iddia edilən xəbərlər yalandır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim heç bir məlumatımız yoxdur. Hər halda, prezident administrasiyası çətin ki, onun səhhəti barədə məlumat verə bilir. Ona görə də burada deməyə sözümüz yoxdur”, – deyə Peskov jurnalistlərə Kremlin Kadırovun vəziyyətindən nə dərəcədə narahat olduğu sualına cavab verib.
Bundan əlavə, Peskov Kadırovun Putinlə görüşmək üçün güman edilən bazar günü Moskvaya uçması ilə bağlı xəbərlərə münasibət bildirib. Peskov: “Putinlə heç bir görüş olmayıb”.
Bundan əvvəl müxtəlif teleqram kanallarında və KİV-də Kadırovun gecə saatlarında Rusiya Federasiyası Prezidentinin İnzibati Departamentinin Mərkəzi Klinik Xəstəxanasında öldüyü barədə təsdiqlənməmiş məlumatlar yayılıb. Bundan əvvəl onun ağır xəstəliyi ilə bağlı şayiələr yayılıb. Bunun fonunda Kadırov bazar günü gəzintisinin videosunu dərc edib.
Əziz Mustafa