Aclıq aksiyası keçirən əsas müxalifət lideri xəstəxanaya yerləşdirilib

Aclıq aksiyası keçirən əsas müxalifət lideri xəstəxanaya yerləşdirilib

18 Sentyabr 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Koreya Demokrat Partiyasının lideri Lee Jae-myung hökumətin iqtisadi idarəçiliyini, mətbuat azadlığına təhdidləri və Fukusima suyunun okeana buraxılmasına qarşı olduğunu əsas gətirərək, avqustun 31-də aclıq aksiyasına başlayıb.

Cənubi Koreyada hökumətin siyasətinə etiraz olaraq aclıq aksiyası keçirən əsas müxalifət partiyasının lideri Li Jae-myung xəstəxanaya yerləşdirilib. Digər tərəfdən, prokurorlar Li haqqında korrupsiya ittihamları ilə həbs qərarı tələb ediblər.

Koreya Demokratik Partiyasının lideri Li hökumətin iqtisadi idarəçiliyini, mətbuat azadlığına təhdidləri və Fukusima suyunun okeana buraxılmasına qarşı olduğunu əsas gətirərək, avqustun 31-də aclıq aksiyasına başlayıb.

Murad Şahməmməd