
NATO-nun baş katibi: Şimali Koreyaya möhtac olmaq Putinin zəifliyini göstərir
NATO-nun baş katibi Yens Stoltenberq Almaniya mətbuatına müsahibəsində deyib ki, Rusiya prezidenti silah almaq üçün İrana, həmçinin Şimali Koreyaya üz tutur və onun Kimlə görüşü zəiflik əlamətidir. Bu, Putinin nə qədər təcrid olunduğunu göstərir.
NATO-nun baş katibi vurğulayıb ki, Ukraynanın əksinə, dünyada çoxlu dostları var ki, bu da təcrid olunmuş, avtoritar Rusiya ilə demokratik, azad ölkələr arasındakı böyük fərqi göstərir.
Xatırladaq ki, ötən gün Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya təxminən bir həftə davam edən səfəri başa çatıb. Bundan əvvəl Vaşinqtonda bildirilmişdi ki, danışıqların əsas mövzusu Moskvaya silah tədarükünün müzakirəsi olub.
Əziz Mustafa
Digər xəbərlər