Zelenski: Rusiyanın  nüvə şantajı davam edəcək

Zelenski: Rusiyanın nüvə şantajı davam edəcək

18 Sentyabr 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski CBS News-a müsahibəsində Rusiyadan davam edən təhdidləri və nüvə silahından istifadə imkanlarını qiymətləndirib.

Zelenski nüvə şantajının davam edəcəyini gözlədiyini qeyd edib: “Düşünürəm ki, Vladimir Putin dünyanı hədələməkdə davam edəcək. O, Avropa və ABŞ-da qeyri-sabitliyə can atacaq və bu qeyri-sabitliyi gücləndirmək üçün nüvə silahı riskindən istifadə edəcək”.

Ukrayna prezidenti həmçinin belə bir fikir bildirib ki, Ukraynada kifayət qədər müasir sistemlər olsaydı, ölkənin ərazi bütövlüyünün bərpası daha tez baş verə bilərdi.

“Ukraynada bu müasir sistemlər kifayət qədər olsaydı, biz artıq Ukraynanın ərazi bütövlüyünü bərpa edərdik”, - deyə Ukrayna prezidenti bildirib.

Qeyd edək ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya rəsmiləri dəfələrlə Qərbi nüvə silahından istifadə etməklə hədələyiblər.

Əziz Mustafa