Qızına gün ərzində 111 dəfə zəng edən anaya həbs cəzası verilib

Qızına gün ərzində 111 dəfə zəng edən anaya həbs cəzası verilib

18 Sentyabr 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyada qızına gün ərzində 306 sms göndərən və 111 dəfə zəng edən anaya 6 ay həbs cəzası verilib. Ana qızının müəyyən olunmiş yaş həddinə çatmasına baxmayaraq davamlı təqiblər edib. Məhkəməyə çıxarılan hadisədə ana həbs cəzası ilə yanaşı, 40 saatlıq təlimə də cəlb olunub. Öz qızını israrla izləyən ana həbs olunub. Yaşı 50 olan ana yetkin qızına qarşı fasiləsiz təqib etdiyinə görə 6 ay həbs və 2 il sınaq cəzası alıb.

Cənubi Koreyanın Daejeon şəhərində bir ilə yaxın qızına həm sözü ilə, həm də fiziki təzyiq göstərən ana şikayət əsasında məhkəmə qarşısına çıxıb.

«The Korean Herald» qəzetinin xəbərinə görə, başlanğıcda mesajlarada müqəddəs kitabı oxumaq məsləhəti, qızının evdə olub-olmadığını soruşmaq və s. kimi ümumi sorğular daxil idi. Lakin qız cavab verməkdən çəkindiyi üçün mesajların tonunda qızının cinsi davranışı ilə bağlı alçaldıcı şərhlər də yer alıb.

Üstəlik, ana qızını fiziki olaraq təqib edib, göstərilən müddət ərzində onun evinə səkkiz dəfə baş çəkib və evin içərisinə baxmaq kimi digər təhdidedici hərəkətlər edib.

Daejeon Rayon Məhkəməsinin məlumatına görə, ana polisin dəfələrlə xəbərdarlığına baxmayaraq, daha altı dəfə sərhədi aşıb. Hərəkətlərinin qəsdən və ya əvvəlcədən planlaşdırılmadığını iddia edən ananın müdafiəsi qəbul edilməyib və məhkəmə onun həbs cəzası ilə birlikdə 40 saatlıq təqib əleyhinə təlim keçməsinə də qərar verib.

Murad Şahməmməd