
Türkiyə Ahiska türklərinə vətəndaşlıq verəcək
“TRT World” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1944-cü ildə Sovet rəhbərliyi tərəfindən Gürcüstanın Ahıska bölgəsindən qovulmuş Ahıska türklərinə Türkiyə vətəndaşlığı verilməsi üçün lazımi addımların atıldığını bildirib.
Nyu-Yorkda Ahıska türkləri ilə görüşdə Ərdoğan Türkiyənin Ahıska türkləri kimi tanınan qrupun vətəndaşlıq prosesini sürətləndirdiyini vurğulayıb. Türkiyə prezidenti vurğulayıb ki, Ahıska türklərinin rifahını Türkiyə vətəndaşlarının rifahından ayırmaq olmaz.
“Onların uzun illərdir çalışdıqları Türkiyə vətəndaşlığını almaları üçün lazımi addımları atırıq və prosesi sürətləndiririk”.
2022-ci ildən bu yana bu icmanın 820 üzvü Türkiyə vətəndaşlığı alıb. Prosedurları davam edən daha 578 qohumumuz üçün prosesi tez bir zamanda başa çatdıracağıq”, - Ərdoğan əlavə edib.
“Bizdən əvvəl vətəndaşlıq alan Ahıska türklərinin sayı çox az idi. Bizim hakimiyyətimiz dövründə bu rəqəm 60 mini keçib”, - Türkiyə prezidenti vurğulayıb.
Xatırladaq ki, Ahıska türkləri 1944-cü ildə Sovet lideri İosif Stalin tərəfindən Gürcüstanın Ahıska bölgəsindən qovulmuşdu. Sovet İttifaqının içərilərinə göndərilən 90-117 min Ahıska türkünün çoxu yolda aclıqdan və xəstəlikdən öldü.
Əziz Mustafa