
Ukrayna Moskvada keçiriləcək hərbi paradla müharibəni bitirə bilməyəcək
Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov sentyabrın 17-də “Economist”ə müsahibəsində bildirib ki, Ukrayna düşmənə qalib gələ və Moskvada hərbi parada keçirə bilməyəcək.
"Biz başa düşürük ki, müharibəni Moskvada qələbə paradı ilə bitirməyəcəyik", - deyə Budanov bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiyadan fərqli olaraq Qərbdən silah tədarükündən asılıdır.
Eyni zamanda, Budanov əlavə edib ki, Qərbdəki anbarlar “kim nə deyirsə desin” tam boş deyil.
Əziz Salamoğlu
Digər xəbərlər