
Ərdoğan Elon Musk ilə görüşüb və Teslanın Türkiyədə yeddinci fabrikinin qurulmasını istəyib
BMT-nin 78-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-da səfərdə olan prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda «Tesla» və «SpaceX» şirkətlərinin qurucusu İlon Maskı qəbul edib.
Prezident Ərdoğan Maska Türkiyənin texnologiya sahəsindəki nailiyyətləri, Rəqəmsal Türkiyə Vizyonu və Milli Süni İntellekt Strategiyasından danışıb.
Teslanın Türkiyə bazarına «TOGG» ilə yolla çıxdığını xatırladan prezident Ərdoğan «Tesla»-nı Türkiyədə yeddinci fabrikini qurmağa çağırıb.
Prezident Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində atılan və atılacaq addımlarda «SpaceX» ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini ifadə edərək, Maskı İzmirdə keçiriləcək Teknofestə dəvət edib.
Türkiyə prezident Ərdoğan, BMT Baş Assambleyasının 78-ci iclasında iştirak edəcəyi Nyu-Yorkda Gürcüstanın baş naziri Qaribaşvilini də qəbul edib. Görüş zamanı «Mərkəzi Dəhliz»in reallaşmasının əhəmiyyətindən danışan prezident Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə işə salınmasının gözlənildiyini bildirib.
Nyu-Yorkdakı Türk Evində Ahıska türklərini qəbul edən Ərdoğan Ahıska türklərinin sülh və rifahını öz vətəndaşlarından ayrı görmədiklərini bildirib və bu ifadələri işlədib:
«Onların illərdir həsrətində olduqları Türkiyə vətəndaşlığını almaları üçün lazımi addımları atırıq və bu prosesi sürətləndiririk. 2022-ci ildən dölətmizin dəstəyi və səfirliklərimizin, konsulluqlarımızın töhfələri ilə Dünya Ahıska Türkləri Birliyi, 820 soydaşımız Türkiyə vətəndaşlığını qəbul edib. İnşallah bir az sonra sizi təmsil edən qardaşlarımıza Türkiyə Cümhuriyyəti vəsiqələri veriləcək» - bunu təqdim edib bu sevinci birlikdə yaşayacağıq deyə prezident bildirib.
Murad Şahməmməd