Peskovun xanımının Qazaxıstanda şou-tamaşası ləğv edilib

Peskovun xanımının Qazaxıstanda şou-tamaşası ləğv edilib

15 Sentyabr 20:42
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda Tatyana Navkanın “Şəhrizadənin məhəbbət hekayəsi” adlı buz şousunun biletlərinin satışı dayandırılıb. Bu barədə bilet satışı operatorunun Topbilet.kz saytında bildirilir.

Verilişin ləğvi üçün heç bir səbəb göstərilməyib.

Xatırladaq ki, məşhur rusiyalı fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka 2014-cü ildən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşıdır.

Qeyd edək ki, 2022-ci ilin martında ABŞ və Yaponiya onu Ukraynadakı müharibə ilə əlaqədar sanksiyalar siyahısına əlavə edib. Navka teleaparıcı işləyir və buz şoularında çıxış edir. O, prezident Putinin etibarlı adamları siyahısına daxil edilib.

Navka əslən ukraynalı olmasına baxmayaraq, Ukraynaya qarşı müharibəni dəstəkləyib. O, öz şouları ilə bir neçə dəfə işğal altında olan Donetskdə də olub.

Əziz Mustafa