
ABŞ Senatı İlon Maska qarşı təhqiqata başlayıb
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi iş adamı İlon Maskın Sevastopolda Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə zərbə endirmək üçün Ukrayna hərbçiləri üçün Starlink peyk rabitəsini təmin etməkdən imtina etməsi ilə bağlı araşdırmaya başlayıb.
Bloomberg-in məlumatına görə, senatorları milli təhlükəsizliklə bağlı məsələlər, xüsusən də kommunikasiyaların verilməsi barədə qərarın niyə dövlət məmuru deyil, özəl biznesmen tərəfindən qəbul edilməsi maraqlandırır,
Mask Starlink-in də daxil olduğu SpaceX şirkəti, Müdafiə Nazirliyi üçün kəşfiyyat peyklərinin buraxılması da daxil olmaqla böyük dövlət podratçısıdır. Bir neçə senator, o cümlədən komitə üzvü Elizabet Uorren son günlər Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatlarına dəstək qərarının rəsmilər tərəfindən niyə verilmədiyini açıq şəkildə tənqid ediblər
Qeyd edilib ki, Birləşmiş Ştatların milli təhlükəsizliyinə gəldikdə, nə İlon Mask, nə də hər hansı digər vətəndaş son sözü deməməlidir.
Əziz Mustafa