Əl-Qaidə Fransa və İsveçdəki agentlikləri hücumla hədələyib

Əl-Qaidə Fransa və İsveçdəki agentlikləri hücumla hədələyib

15 Sentyabr 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Əl-Qaidə Fransa və İsveçdəki agentlikləri hücumla hədələyib. Bu barədə Fransanın “Fiqaro” nəşri məlumat yayıb.

Nəşr yazır ki, “Ərəbistan yarımadasındakı Əl-Qaidə” Parisdəki “nazirliyə” hücum etməklə və “İsveç səfirliyini” məhv etməklə hədələyib.

Qəzet qeyd edir ki, iki ölkəyə qarşı təhdidlər İsveçdə Quran yandırma kampaniyaları ilə bağlıdır. Fransanın məktəblərdə müsəlman abayasının geyinilməsini qadağan etməsi də təşkilatı qıcıqlandırıb.

Əziz Mustafa