
Türkiyə Rusiya ilə qaz qovşağının yaradılması ilə bağlı müzakirələri bərpa edib
Türkiyə Rusiya ilə qaz qovşağının yaradılması ilə bağlı müzakirələri bərpa edib. TASS-ın məlumatına görə, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.
O məsələ ilə bağlı deyib: “Onlar - Rusiya bizə bu qaz ticarət platformasını təklif edəndən zəlzələ baş verdi, seçkilər də oldu. Ona görə də danışıqlarda bir az fasilə dövrü oldu, amma indi yenidən müzakirələri bərpa etmişik”.
Reuters daha əvvəl bildirmişdi ki, qaz qovşağının yaradılması planları Moskva ilə Ankara arasında, xüsusən də obyektə nəzarətlə bağlı fikir ayrılıqları səbəbindən çətinliklərlə üzləşib.
Murad Şahməmməd
Digər xəbərlər