
Bayden Putinə: Çin Rusiyaya hörmətlə yanaşmır
Çin Rusiyaya hörmətlə yanaşmır, ABŞ prezidenti Co Bayden 2021-ci ilin iyununda Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşdə deyib. Bu barədə Amerika administrasiyasının rəhbəri Merilenddə çıxışı zamanı bildirib.
Bayden, prezident seçildikdən qısa müddət sonra 25 ildir tanıdığı həmkarı-Putin ilə görüşdüyünü və mövzular arasında strateji doktrina və kosmosda nüvə silahlarının yerləşdirilməsinin qarşısının alınması olduğunu söylədi. Putin isə “bu barədə danışmaqdan çəkindiyini” bildirib.
Putin və Bayden 16 iyun 2021-ci ildə Cenevrədə görüşüb, söhbət təxminən dörd saat davam edib. Rusiya prezidentinin sözlərinə görə, danışıqlar zamanı heç bir düşmənçilik olmayıb.
Bayden ilk dəfə deyil ki, Rusiya və Çin arasındakı münasibətlərdəki çətinliklərdən danışır. Onun fikrincə, Qərb dövlətlərinin son zamanlar möhkəm birləşməsini nəzərə alsaq, iki dövlətin açıq-aşkar yaxınlaşması “kobud şəkildə şişirdilmişdir”.
Əziz Baş Göynüklü