Almaniya Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqlayıb

Almaniya Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqlayıb

15 Sentyabr 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını bəyan edib. Bəyanatda Almaniya hökumətinin Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəbul etdiyi bildirilib.

Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada "Almaniya hökuməti Qarabağın müstəqilliyini və keçirilən seçkiləri tanımır. Almaniya Avropa İttifaqı ilə birlikdə Ermənistan və Azərbaycan arasındakı münaqişənin daimi həlli üçün səylər göstərir" deyə qeyd edilib.

Bəyanatda Almaniya hökumətinin bu ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəbul etdiyi bildirilib. Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni qüvvələri sentyabrın 9-da həmin torpaqlarda qondarma “prezident seçkiləri” keçirib.

Azərbaycan isə Qarabağ bölgəsində ermənilərin olduğu torpaqlarda keçirilən qondarma seçkini pisləyib və bunu “ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsd” kimi qiymətləndirib.

Murad Şahməmməd