NBC: Bayden gələn həftə Zelenski ilə danışıqlar aparacaq

NBC: Bayden gələn həftə Zelenski ilə danışıqlar aparacaq

15 Sentyabr 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden gələn həftə Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək. Bu barədə NBC televiziyası Kiyevdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbə hər iki prezidentin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəklərini və ya Vaşinqtonda danışıqlar aparıb-aparmayacağını dəqiqləşdirməyib.

Hər iki prezidentin çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışı planlaşdırılır. Kiyevdəki CNN mənbəsinin bildirdiyinə görə, Zelenski dünya ictimaiyyətini Rusiyaya qarşı əks hücumu davam etdirən Ukraynaya dəstəyi gücləndirməyə çağıracaq. Zelenskinin planları ilə tanış olan mənbələr bildiriblər ki, BMT-dəki çıxışından əlavə, Ukrayna prezidenti Nyu Yorkda bir sıra dövlətlərin liderləri ilə də görüşəcək.

Əziz Salamoğlu