Dünya bəşəriyyət üçün təhlükəsizdirmi?

Dünya bəşəriyyət üçün təhlükəsizdirmi?

15 Sentyabr 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni bir araşdırmaya görə, Yer artıq insanlar üçün əvvəlki kimi təhlükəsiz deyil. İnsan fəaliyyəti nəticəsində 9 kritik həddən 6-da təhlükəsizlik həddi aşılıb. Alimlərin fikrincə, planetin "infarkt" keçirmə riski artır. Səkkiz ölkədən 29 tədqiqatçının apardığı araşdırmada, insanın təbiətlə pis rəftarı sayəsində planetimizin kəskin şəkildə dəyişdiyi üzə çıxıb. Nəticələri “Science Advance” jurnalında dərc edilən araşdırmaya görə, Yer kürəsinin yaşayış üçün əlverişli planet olmasını müəyyən edilən 9 hədddən 6-da təhlükəsizlik hədləri aşılıb. Mikroplastiklərin miqdarı, iqlim dəyişikliyi, biomüxtəliflik, su və torpaqdan istifadə riskləri ən çox artıran sahələr olub.

Ozon təbəqəsinin vəziyyəti və okeanlardakı turşuluq səviyyəsi hələ də bəşəriyyət üçün təhlükəsiz sərhədlər daxilində olan kateqoriyalardır. Tədqiqatçıların fikrincə, keçmişdə heç bir insan indiki insanların yaşadığı ağır şərtlərə məruz qalmamışdır.

Hesabatda son 12 min ilin ən ideal şərtləri təqdim edilib. İnsan fəaliyyəti nəticəsində ideal hədlərin ilk dəfə 1988-ci ildə aşıldığı qeyd edilib.

Vəziyyətin nə qədər qorxulu olması ilə bağlı mütəxəssislər qan təzyiqini misal gətirirlər. "Yüksək qan təzyiqi infarkt üçün zəmanət vermir, lakin riskləri artırır. Eyni şey Yer üçün də keçərlidir" deyə bildiriblər.

Murad Şahməmməd