Baydenin oğlunu 25 il həbs cəzası gözləyir

Baydenin oğlunu 25 il həbs cəzası gözləyir

15 Sentyabr 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Co Baydenin oğlu Hunter Bayden odlu silah alarkən özü haqqında yalan ifadə verməkdə günahlandırılıb və ona qarşı üç ittiham irəli sürülüb.

Bu, vəzifədə olan prezidentin oğlu və ya qızının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ilk hadisədir. Son ittihamların hər üçü Baydenin narkotik aludəçisi olduğu zaman odlu silah alarkən yalan danışmasından irəli gəlir. O, qeyd edib ki, qanunsuz narkotiklərdən istifadə etmir və onlardan asılı deyil, baxmayaraq ki, faktiki olaraq həmin vaxt aktiv şəkildə krekin kokaindən istifadə edirdi.

Məhkəmə sənədlərinə görə, bu rəsmiləşdirmələrdən sonra Hunter 2018-ci ilin oktyabrında Delaverdəki silah mağazasından Colt revolveri alıb. O, silahı 11 gün saxlayıb.

ABŞ federal qanunları narkotikdən istifadə edərkən yalan danışmağı və ya odlu silah saxlamağı cinayət hesab edir.

Ədliyyə Departamentinin bəyanatında deyilir ki buna görə Hunter Bayden 25 ilə qədər həbs cəzası ala bilər.

Əziz Mustafa