Putin Paşinyanın zənginə cavab verməyib

Putin Paşinyanın zənginə cavab verməyib

15 Sentyabr 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istəyib, lakin Kremldən ona cavab verilməyib. Bundan sonra Ermənistanın baş naziri Rusiya prezidentinə geniş məktub göndərib. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Ermənistan hökumətinə yaxın mənbələrinə istinadən Ermənistan-Azərbaycan sərhədində son gərginlik zamanı Paşinyanın Putinə niyə zəng etməməsinin səbəbini izah edir.

Nəşr iddia edir ki, Paşinyan Putinlə telefon danışığı etmək istəyib, lakin Kreml ona cavab verməyib, bundan sonra o, Rusiya prezidentinə geniş məktub göndərib. “Qraparak” mənbəsinin məlumatına görə, Nikol Paşinyan bu məktubda son vaxtlar Ermənistanda müşahidə olunan anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışaraq, onların Rusiyaya qarşı yönəlmədiyini bildirib.

Nəşr onu da diqqətə çatdırıb ki, sentyabrın 9-dan sonra Paşinyanın Rusiya Federasiyasına qarşı ritorikası nəzərə çarpacaq dərəcədə yumşalıb.

Yada salaq ki, Paşinyan sentyabrın 9-da ABŞ dövlət katibinə, Fransa və İran prezidentlərinə, Almaniya kanslerine və Gürcüstanın baş nazirinə zəng vurub.

Əziz Mustafa