Amerika generalları Ermənistana gəliblər

Amerika generalları Ermənistana gəliblər

15 Sentyabr 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ ordusunun iki generalı Ermənistan-Amerikanın “Eagle Partner 2023” təlimi çərçivəsində Ermənistana gəlib, ABŞ-ın Yerevandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson və Avropa və Afrikadakı ordunun qərargah rəisinin müavini, briqada generalı Patrik Elis ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinnlə birlikdə cümə günü təlimi müşahidə ediblər.

Sentyabrın 11-də Ermənistan ABŞ hərbçiləri ilə 85 Amerika və 175 Ermənistan hərbçisinin iştirak etdiyi “Qartal tərəfdaşı 2023” birgə təliminə başlayıb. Təlimlər sentyabrın 11-dən 20-dək Ermənistanda Zar təlim mərkəzində baş tutacaq.

Əziz Mustafa