
Baş Qərargah təsdiqlədi: Ukraynalılar Andreyevkanı azad ediblər
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Baxmutun cənubundakı Andreyevka kəndinin azad edildiyini açıqlayıb. "Hücum əməliyyatları zamanı Donetsk vilayətinin Andreyevka kəndi işğaldan azad edili", - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Cümə axşamı, sentyabrın 14-də müdafiə nazirinin müavini Anna Malyar kəndin tutulduğunu elan edib, lakin Andreyevkada döyüşən 3-cü hücum briqadası bunu təsdiqləmədi. Daha sonra Məlyar mesajını redaktə edərək kənd uğrunda döyüşlərin davam etdiyini yazıb.
Baxmutun cənubunda Andreyevka və ona qonşu olan Kleşçeyevka uğrunda döyüşlər bir neçə aydır ki, davam edir. Bu gün, sentyabrın 15-də Malyar, bir gün əvvəl Baxmutun cənubundakı Andreyevkanın tutulması ilə bağlı yazısını niyə redaktə etdiyini izah edib: "Çətin idi və vəziyyət dünən bir neçə dəfə çox dinamik şəkildə dəyişdi".
Murad Şahməmməd