Dövlət Departamenti Laçın dəhlizinin dərhal  açılmasında israrlıdır

Dövlət Departamenti Laçın dəhlizinin dərhal açılmasında israrlıdır

15 Sentyabr 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatlar Laçın dəhlizinin dərhal açılmasına çalışır. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Biz Laçın dəhlizinin dərhal açılmasını istəyirik. Biz bunu aydınlaşdırdıq. ABŞ Dövlət Katibi Entoni Blinken həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışıqlar aparıb ki, biz Laçın dəhlizinin dərhal açılmasını istəyirik ki, biz Qarabağdakı həqiqətən də ağır humanitar vəziyyətə münasibət bildirə bilək”, - ABŞ xarici işlər naziri bildirib.

O, İrəvanda səfərdə olan Dövlət Departamentinin Zaqafqaziya üzrə danışıqlar üzrə baş müşaviri Lui Bononun regiona yeni səfər proqramını təfərrüatı ilə açıqlamayıb. “O, həm qısamüddətli prioritet - Laçın dəhlizinin açılması, həm də uzunmüddətli prioritetlə məşğul olmaqda davam edir. Miller Lui Bononun da Bakıya gedib-getməyəcəyinə aydınlıq gətirməkdən imtina edib.

Əziz Mustafa