Belçika Fransada qoyulan qadağadan sonra «iPhone 12»-nin radiasiya risklərini araşdıracaq

Belçika Fransada qoyulan qadağadan sonra «iPhone 12»-nin radiasiya risklərini araşdıracaq

15 Sentyabr 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa «iPhone 15»-i təqdim edərkən yüksək radiasiya səviyyəsini aşkar etdikdən sonra «iPhone 12» cihazlarının satışını qadağan edib. Bu qadağadan sonra Belçikanın da «iPhone 12»-dəki radiasiyanı nəzərdən keçirəcəyi bildirilib.

«iPhone 15»-in təqdimatı ilə eyni vaxtda bu həftə «iPhone 12» ilə bağlı qalmaqal yaşanıb. Fransa tənzimləyiciləri telefonun radiasiyaya məruz qalmasının qanuni hədləri aşdığını iddia edərək «iPhone 12»-nin satışını qadağan edib.

Belçika, «iPhone 12» ilə əlaqəli Fransanın radiasiyaya məruz qalma hədlərinin pozulduğu səbəbiylə satışın dayandırılması əmrindən sonra ilk reaksiya verən Avropa ölkəsi olaraq potensial sağlamlıq risklərini nəzərdən keçirəcəyini bildirib.

Belçikanın rəqəmsallaşma üzrə dövlət naziri Mathieu Mişel Reuters-ə deyib: "Bütün vətəndaşların təhlükəsizliyini təmin etmək mənim borcumdur".

Murad Şahməmməd