
Çinin müdafiə naziri işdən qovulub və təhqiqat altındadır
ABŞ rəsmiləri Financial Times-a bildiriblər ki, Çinin müdafiə naziri Li Şanfu vəzifəsindən kənarlaşdırılıb və istintaq aparılır.
Son iki həftə ərzində Li Şanfu ictimaiyyət qarşısına çıxmayıb. Nazir 7-8 sentyabrda Vyetnam və Çin arasında müdafiə sahəsində əməkdaşlığa dair illik toplantıda iştirak etməli idi, lakin iki gün sonra səfəri "sağlamlıq səbəbi ilə" ləğv etdi,
65 yaşlı Li Şanfu altı aydan az əvvəl, 2023-cü il martın 12-də müdafiə naziri vəzifəsinin icrasına başlayıb. 2018-ci ildə Rusiyadan Su-35 qırıcıları və S-400 kompleksləri alması səbəbindən ABŞ-ın sanksiyalarına məruz qalıb. Nazir təyin olunduqdan bir ay sonra o, Moskvaya səfər edib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Yayda Çinin xarici işlər naziri Qin Qang uzun müddət ictimaiyyət qarşısına çıxmadı. Onun yoxluğu da “sağlamlığı ilə bağlı” səbəblərlə izah edilsə də, istefası sonradan məlum olub. Lakin o, cəmi 6 ay nazir vəzifəsində çalışıb.
Həmçinin Çin lideri Si Cinpin Çinin nüvə qüvvələrinə komandanlıq edən iki yüksək rütbəli zabiti - Raket Qüvvələrinə rəhbərlik edən general Li Yuçao və onun müavini Liu Quanqbini vəzifəsindən uzaqlaşdırıb. Onlar da Çin rəsmiləri vəzifələrindən uzaqlaşdırıldıqlarını elan etməzdən əvvəl bir neçə ay ictimaiyyət qarşısına çıxmadılar.
Əziz Mustafa