«Telegram»-a gələn kriptovalyuta pul kisəsi haqqında

«Telegram»-a gələn kriptovalyuta pul kisəsi haqqında

14 Sentyabr 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Telegram, «TON» blokçeynində qurulmuş kriptovalyuta pul kisəsinin tətbiqə inteqrasiya edəcəyini açıqlayıb. 2023-cü ilin noyabr ayında dünyanın bütün istifadəçilərinə çatacaq kriptovalyuta pul kisəsi ABŞ kimi bəzi ölkələrdə mövcud olmayacaq. Aylıq 700 milyondan çox istifadəçisi olan dünyanın ən məşhur ani mesajlaşma proqramlarından biri olan «Telegram» kriptovalyuta cəmiyyətinə rəsmi olaraq daxil olub. Sinqapurda keçirilən “Token2049” tədbirində açıqlama verən «Telegram», «Tone Foundation» ilə razılığa gəldiyini və ortaq iş nəticəsində kriptovalyuta pul kisəsinin hazırlandığını açıqladı. «Telegram»-dakı kriptovalyuta pul kisəsi bir neçə aydan sonra bütün dünyada mövcud olacaq.

Murad Şahməmməd