
Türkiyə dünyanın yaralarını sağaldır
Türkiyə bir neçə həftədir daşqın və meşə yanğınları ilə mübarizə aparan Yunanıstana və daşqınlardan zərər çəkən Liviyaya kömək etmək üçün qollarını çırmalayıb. Dünya mətbuatı Türkiyənin etdiyi yardımlara diqqət çəkərkən, Yunan mətbuatı prezident Ərdoğanın Yunanıstan prezidentinə göndərdiyi məktubu xüsusi vurğulayıb.
«Türkiyə dünyanın yaralarını sağaldır» Prezident Ərdoğanın məktubu Yunanıstanda bu cür gündəmindədir.
Yunanıstan son bir neçə həftədir meşə yanğınları və daşqınlarla mübarizə aparır. Keçən həftə onlarla yaşayış məntəqəsini sular altında saxlayan sel şəhərin magistral su və kanalizasiya şəbəkəsinə də ciddi ziyan vurub. Digər tərəfdən, ölkənin mübarizə apardığı yeganə fəlakət daşqınlar deyil. Avqustun 19-da başlayan meşə yanğınları üzərindən iki həftə keçməsinə baxmayaraq, alovu nəzarət altına almaq hələ də mümkün olmayıb. Bölgədə 15 gün ərzində hektarlarla meşə sahəsi külə dönüb. Güclü külək səbəbindən alovlara müdaxilənin çətinləşdiyi bu dövrdə Parnita, Fili, Euboea və Rodop kimi bir çox bölgələrdə təkrar yanğınlar da baş verib.
Türkiyə hər iki fəlakət üçün təcili yardım göndərib. Bu arada Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Prezidenti Katerine Sakellaropuluya yazdığı məktub Yunanıstan mətbuatında geniş işıqlandırılıb.
Murad Şahməmməd