Ukrayna uzun mənzilli pilotsuz təyyarələr hazırlayır

Ukrayna uzun mənzilli pilotsuz təyyarələr hazırlayır

31 Avqust 2023 21:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada 1000 kilometrdən çox məsafəni qət edə bilənlər də daxil olmaqla, yeni uzaqmənzilli pilotsuz uçuş aparatlarının təxminən 6 modeli hazırlanır. Ukraynalı ekspertlər The New York Times-a bildiriblər ki, bu yaxınlarda vurulan Pskov vilayəti Ukrayna sərhədindən 600 kilometrdən çox məsafədədir.

Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk müsahibəsində deyib: “Biz pilotsuz uçuş aparatlarından istifadə edərək tamamilə yeni bir müharibə növünün, bəlkə də yeni müharibə nəzəriyyəsinin şahidi oluruq”.

Onun sözlərinə görə, ucuz bir pilotsuz təyyarə çox bahalı hədəfi vura bilər, məsələn, Rusiya hava zolaqlarındakı yük təyyarələrini. Lakin o, aydınlaşdırıb ki, hökumətdən kənarda olduğu üçün Ukraynanın hər hansı konkret hərbi zərbəsini təsdiq edə bilməz.

"Ruslar öz ərazilərində özlərini tamamilə yenilməz hesab edirlər, çünki onlar bilirlər ki, ABŞ hökumətinə verdiyimiz vədlərə görə Qərb texnikasından istifadə edə bilməyəcəyik", - deyə Zaqorodnyuk bildirib.

Əziz MUSTAFA