Qrant Şapps Ben Uollesin yerinə müdafiə naziri təyin edilib
Böyük Britaniyanın Energetika və Karbon Neytrallığı Departamentinin rəhbəri Qrant Şapps Ben Uollesin yerinə ölkənin müdafiə naziri təyin edilib. Bu təyinat barədə Sky News telekanalı məlumat yayıb.
Şapps bundan əvvəl Rusiya prezidenti Vladimir Putini Dostoyevskinin məşhur obrazı Raskolnikovla müqayisə edib. Şappsın fikrincə, hər ikisi "dəhşətli zorakılıq aktlarını yalan və uydurma arqumentlərlə əsaslandıraraq, bunların hamısının ümumi rifah üçün edildiyini iddia edirlər".
Xatırladaq ki, Ben Uolles müdafiə naziri vəzifəsindən istefa verdiyini rəsmən açıqlayıb.
Yazılı istefa məktubunda Ben Wallace Baş nazirə müraciət edərək, "ölkənin təhlükəsizliyini qorumaq üçün çox fədakarlıq edən" Silahlı Qüvvələrin və kəşfiyyat xidmətlərinin kişi və qadınları ilə birlikdə xidmət etmək şərəfini və hörmətini ifadə etdi.
Əziz Salamoğlu
























.jpg)


























































