Yunanıstan Ermənistana sursat istehsalında kömək edəcək

Yunanıstan Ermənistana sursat istehsalında kömək edəcək

31 Avqust 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan və Yunanıstanın Müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır. Ermənistan KİV-i yazır ki, sazişin təsdiqi məsələsi Ermənistan hökumətinin bugünkü iclasında müzakirə olunacaq.

Müqavilənin şərtlərinə görə, Yunanıstan silah-sursat istehsalı üçün Ermənistanı texniki vasitələrlə təmin etməlidir.

“Saziş silah, döyüş sursatı və partlayıcı maddələrin istehsalı üçün texnologiya və texniki dəstəyin ötürülməsi, döyüş sursatı istehsalı sahəsində məlumat və təcrübə mübadiləsi, hərbi təyinatlı məhsullar və onların istehsalı sahəsində tədqiqatlar, onların istehsalı üçün müştərək təşkilatların yaradılmasınə nəzərdə tutur”, – deyə KİV yazır.

Əziz Salamoğlu