Moskva Rusiya əraziləri ilə bağlı Çin xəritələrinə reaksiya verib
Yalnız bir hissəsinin deyil, bütün Bolşoy Ussuriyski adasının ÇXR ərazisi kimi qeyd olunduğu xəritənin Çində nəşri “anlaşılmazlıqdır”. Bunu News.ru-ya açıqlamasında Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov deyib.
Rusiyalı parlamentari diplomatik kanallar vasitəsilə belə bir təlimatın nəşrinin necə mümkün olduğunu yoxlamağa çağırıb.
“Çox güman ki, bu anlaşılmazlıqdır, bunun necə baş verdiyini diplomatik kanallarla aydınlaşdırmaq lazımdır, vəssalam. Bu gün SSRİ / Rusiya və ÇXR arasında bir vaxtlar mövcud olan bütün ərazi incəlikləri çoxdan həll olunub ",-deyə Novikov vurğulayıb.
Çin hökumətinin “Standard Maps Map Service” saytı tərəfindən buraxılan Çin Xalq Respublikasının yeni xəritələrinə Bolşoy Ussuriyski adası da daxildir. Rəsmi olaraq ada ÇXR və Rusiya Federasiyası arasında bölünür. Amur çayı üzərində yerləşən Bolşoy Ussuriyski adası Rusiya və Çin arasında 2008-ci ildə bağlanmış müqaviləyə əsasən bölünüb. Dərc edilmiş xəritədə ayrı-ayrılıqda ÇXR-in ən şərq nöqtəsi kimi qeyd edilmişdir.
Əziz Baş Göynüklü























































.jpg)
.jpg)
.jpg)
























