Düşmənə bəhanə verməmək üçün danışıqlar masasından ayrılmadıq

Düşmənə bəhanə verməmək üçün danışıqlar masasından ayrılmadıq

30 Avqust 2023 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

İran prezidenti İbrahim Rəisi nüvə anlaşmasının canlandırılmasına yönəlmiş danışıqlarda sanksiyaların aradan qaldırılması üçün səy göstərdiklərini, lakin ölkə iqtisadiyyatını Qərb ölkələrinin istəklərinə bağlamayacaqlarını bildirib.

İran prezidenti İbrahim Rəisi paytaxt Tehranda yerli və xarici jurnalistlər üçün təşkil edilən mətbuat konfransında ölkəsinin daxili və xarici siyasətindəki inkişafları dəyərləndirib.

ABŞ rəhbərliyinin 2018-ci ildə birtərəfli qaydada geri çəkilməsindən sonra prosesdə faktiki olaraq dağıdılan nüvə razılaşması ilə bağlı əvvəlki İran hökumətini tənqid edən Rəisi, “Əgər biz o vaxt orada olsaydıq, fərqli bir baxışımız olardı və biz də bu razılaşmanı əldə etmiş olardıq. Bu razılaşmada mühüm məqamların nəzərə alınması lazım olduğuna inanırdım. Hələlik bu müzakirəyə girməyəcəyəm” kimi ifadələrdən istifadə edib.

İranın son vaxtlara qədər nüvə razılaşmasına sadiq qaldığını ifadə edən prezident, "Düşmənə bəhanə verməmək üçün danışıqlar masasından ayrılmadıq. Onlar ölkədə qarışıqlıq istədikləri və zənn etdikləri üçün danışıqlar masasını tərk etdilər. Məqsədlərinə çata bildilər və indi bu məqsədlərə nail olunmayanda danışıqları davam etdirmək istədiklərini açıqladılar» - deyə Rəisi bildirib.

İranın sanksiyaların aradan qaldırılması üçün danışıqlarda öz xalqının əsas hüquqlarını nəzərə aldığını və bu mövqedən güzəştə getməyəcəyini ifadə edən Rəisi, "Düşmən iki strategiya izləməyə çalışdı. Biri İranı dünyadan təcrid etmək idi, digəri isə İran millətini ruhdan salmaq. Hər iki strategiya uğursuz oldu. İranı təcrid edə bilmədi" deyə fikrini qiymətləndirib.

Bəziləri problemin həllinin açarının ABŞ və bir neçə Qərb dövlətinin əlində olduğunu iddia edir, lakin biz insanların həyatını onların istəklərinə bağlaya bilmərik.

Oxuməni.az