Ukrayna Moskvaya raket zərbələri endirməyə hazırlaşır

Ukrayna Moskvaya raket zərbələri endirməyə hazırlaşır

30 Avqust 2023 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Qərb tərəfdaşları tərəfindən ötürülən silahlarla vura bilmədiyi Moskva və Rusiya daxilindəki bəzi obyektlər Ukraynanın modifikasiya edilmiş raketinin zərbəsi ilə hədələnir, xarici KİV Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yazır.

Qeyd edildiyi kimi, Ukrayna “Neptun” gəmi əleyhinə raketini modifikasiya edib – indi o, yer-yer döyüş sursatı kimi istifadə oluna bilər.

Mənbənin sözlərinə görə, Ukrayna qoşunları avqustun 23-də Krımda S-400 zenit-raket kompleksini vurmaq üçün məhz belə raketdən istifadə edib.

Nəhayət, Ukraynanın "Neptun"la Moskvaya və Rusiya daxilindəki digər hədəflərə zərbə endirmək planları var.

Əziz MUSTAFA