Ukraynada hərbi əməliyyatlar nəticəsində 9511 nəfər həlak olub, 17 206 nəfər yaralanıb
BMT Ukraynada ölən mülki vətəndaşların sayını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Ofisinin məlumatına görə, 2022-ci il fevralın 24-dən Ukraynada hərbi əməliyyatlar nəticəsində 9511 nəfər həlak olub. Daha 17 206 nəfər yaralanıb. OHCHR-in hesablamaları avqustun 28-nə aiddir.
Ölənlərin 4405-i kişi, 2638-i qadın, 233-ü qız və 287-si oğlan, o cümlədən cinsiyyəti müəyyən edilməmiş 29 uşaq və 1919 nəfər böyükdür. BMT-nin qeyd etdiyi məlumatda ölən və yaralananların əksəriyyəti Ukraynanın nəzarətində olan ərazilərə aiddir: 7396 ölü və 14207 yaralı. Rusiyanın nəzarəti altında olan ərazidə BMT 2115 ölü və 2999 yaralı olduğunu bildirib.
Əziz MUSTAFA
Digər xəbərlər
























.jpg)


























































