Rusiya regionlarına genişmiqyaslı hücum olub: Dörd İl-76 hərbi-nəqliyyat təyyarəsi məhv edilib
Avqustun 30-na keçən gecə Rusiyanın Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətlərinə pilotsuz uçuş aparatları ilə basqın edilib.
Ukrayna ilə sərhəddən 400 km aralıda yerləşən Rusiya Federasiyası Müdafiə Nazirliyinin tabeliyində olan Pskov şəhərindəki hava limanına güclü zərbə endirilib. Partlayışlar saat 23:40 radələrində başlayıb və təxminən iki saat davam edib.
Qubernator Mixail Vedernikov itkilərin olmadığını bildirib. Dörd İl-76 hərbi-nəqliyyat təyyarəsi zədələnib. Hava-desant qüvvələrinin 76-cı qvardiya hava-desant hücum diviziyası bu təyyarələrin xidmət etdiyi Pskovda yerləşir. 76-cı diviziyanın hərbçiləri Buçanın işğalında iştirak ediblər.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Bryansk vilayətində üç pilotsuz təyyarənin vurulduğunu bildirib. Baza yazıb ki, dronlardan biri digərləri ilə yanaşı İskəndərlər və Pantsirlər üçün komponentlər istehsal edən Rusiyanın ən böyük mikroelektronika müəssisəsi olan Kremniy EL zavoduna düşüb. 16-cı korpusda yanğın olub. Daha iki pilotsuz təyyarə “Drujba” neft bazasına hücum etməyə cəhd edib. Qubernator Aleksandr Boqomaz deyib ki, heç kim xəsarət almayıb.
Bundan başqa, Tula vilayətində də partlayış baş verib. Sevastopol körfəzi ərazisində də yerli sakinlər partlayışlar olduğunu bildiriblər.
Hücumdan sonra Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanları bir müddət bağlanıb.
Əziz MUSTAFA







































































.jpg)
.jpg)
.jpg)









