Ərdoğanın baş müşaviri ABŞ nümayəndə heyəti ilə görüş keçirib
Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Prezident Kompleksində ABŞ Prezidentinin Qlobal İnfrastruktur və Enerji Təhlükəsizliyi üzrə Xüsusi Koordinatoru Amos C.Hochstein, ABŞ-ın Ankaradakı səfiri Ceff Flake və onları müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Bu barədə məsləhətçinin X-də (keçmiş Twitter) səhifəsində məlumat verilib.
Kılıç qeyd edib ki, görüş zamanı iki ölkə arasında əlaqələr və regional məsələlər, enerji və infrastruktur məsələləri müzakirə olunub.
Əziz Salamoğlu
Digər xəbərlər





























.jpg)





















































